Kapital Bank sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlər təqdim edir

Kapital Bank sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlər təqdim edir
 
Kapital Bank ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Sahibkarların daha rahat maliyyələşməsi,
xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər
təqdim edir.
Məlum olduğu kimi, hüquqi şəxslər bankda öz hesablarını açarkən imza nümunələrini notarial kontorlarında
təsdiqlətdirdikdən sonra banka təqdim edirlər. Bu isə müştərilərin sənəd toplama mərhələsində əlavə vaxt itkiləri,
xərclər və maneələrlə qarşılaşmalarına səbəb olurdu. Ölkədə ilk dəfə olaraq, Kapital Bank öz filiallarında hüquqi
şəxslərin imza nümunələrinin Notariat kontorlarına getmədən yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət
vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha
rahat və operativ şəkildə istifadə edə biləcəklər.
Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə
məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi Kapital Bank-ın təqdim etdiyi
yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir. Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər
SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS terminalla yerinə yetirilən
əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala
biləcəklər. Məlumat üçün qeyd edək ki, xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...