Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq

Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq
 
Kapital Bank ölkədə kiçik və orta sahibkarlığın inkişafına daim dəstək göstərir və mütəmadi olaraq müxtəlif layihələr
həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, bank növbəti tədbirin rəsmi tərəfdaşı kimi çıxış edəcək.
Belə ki, 20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə
keçirilən "Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol” MMC-nin birgə təşkilatçılığı ilə baş
tutacaq.
Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal
olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının
genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin
qurulmasıdır.
Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni
məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr
müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital
Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları
ödənişsiz əsasda təklif olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR