Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi

Kapital Bank-ın rəhbərliyi müharibə iştirakçıları ilə görüş keçirdi

Bildiyiniz kimi 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.


 

Hər bir təşkilatda olduğu kimi ölkənin birinci bankı olan Kapital Bank-ın əməkdaşları da müharibədə iştirak edib, qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Bayram ərəfəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin iştirakı ilə "Tarix Yazan Qəhrəmanlarımız” adlı tədbirdə Bankın 92 nəfər əməkdaşı iştirak edib.

 

 

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək igid əməkdaşlarımıza minnətdarlığını bildirdi. İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova və Pərakəndə satış idarəsinin baş direktoru Ramil İmamov da tədbir iştirakçılarını təşəkkürnamələr ilə təltif etdilər.

 

 

"Bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir. Bildiyiniz kimi bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Artıq bankın filiallarının öz adları ilə azad olunmuş torpaqlarında fəaliyyət göstərmək vaxtı gəlib”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirdi.


 

Tədbirdə həmçinin müharibə zamanı qəhrəmancasına şəhid olan Kapital Bank-ın Nəzarət departamentinin əməkdaşı Fərhad Fərhadlının atası Vüqar Fərhadlı və şəhid İsmayıl Kərimlinin atası, Bankın İnzibati idarəetmə departamentinin direktor müavini Ceyhun Kərimov fəxri qonaq qismində iştirak edirdi.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...