Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi
 
20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən "Partners and Business” sərgisinin açılışı
baş tutub. Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.
Sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes
kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir.
Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından
tanış ola bilərlər.
22 fevral tarixinədək davam edəcək "Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol” MMC-nin birgə
təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də
informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın
yerli şirkət iştirak edir.
Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni
məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr
müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital
Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları
ödənişsiz əsasda təklif olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR