Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı - FOTOLAR

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı - FOTOLAR

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib. Aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb.


 

Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

 

 

Açılış mərasimində rəflərdə olan kitablar Kapital Bank-ın əməkdaşları və "Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.


 

Qeyd edə ki, 2021-ci il ölkə başçısı tərəfindən "Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.


 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırıb - FOTOLAR

Xəbər verdiyimiz kimi, Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, "Kapital Bank"ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad ra...

Bitkoin 6 %-ə yaxın ucuzlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 min ABŞ dollarından aşağı düşüb. Sfera.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 5,95 %...

TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Uğurla davam edən özünüməşğulluq proqramına dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkün...

İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradıldı

Lahıc qəsəbəsində "Bələdiyyə turizmi” xidməti yaradılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı qəsəbədə keçirilən tədbirdə ətraflı məlumat verilib. T...

Azərbaycanlı biznesmen pandemiyada səyahətin detallarını açıqladı: “Green Pass” olmadan bir çox yerə gedə bilməzsiniz"

"Novco Group of Companies"in təsisçisi və direktoru, biznesmen, səyyah Fərid Novruzi səfərləri barədə maraqlı paylaşım edib.   Sfera.az bildirir ki, iş a...

“Onlar Sevinsin” layihəsi 5-ci ilində qəhrəmanlar diyarı - GƏNCƏDƏ!

Aydın və parlaq gələcəyə açılan qapıların açarının savadlı və xoşbəxt uşaqların əlində olduğuna inanan və bu məqsəd uğrunda Korporativ Sosial Məsuliyyət proqr...