Kapital Bank “ağıllı” kassaları istifadəyə verdi!
12:20 / 26.09.2019
1697
Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verdi. Cihazlar ənənəvi analoqlarından bir
sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı
özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər
sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına
malikdir.
Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə
etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil "ağıllı” kassalar –
POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-
back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların
aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda
qoyulması və sair digər funksiyalara malikdir.
Kapital Bank tərəfdən təklif olunan bu cihazların daha bir əhəmiyyətli üstünlüyü isə onun bankın Müştəri Bank
sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın
istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.
Yuxarıda qeyd edilənlərlə yanaşı müştərilərimiz üçün növbəti mərhələdə əhəmiyyətli yeniliklərdən biri, bu cihazların
Vergilər Nazirliyinin informasiya sisteminə qoşulmasıdır. Gələcəkdə, Vergilər Nazirliyinin sistemi üzərindən nağdsız
ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cash back məbləğini real rejimdə əldə etmək imkanı
yaradılacaq. Kassa aparatı və sözügedən sistem arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçirilərək
məhsulun QR (sürətli məlumat) kodu çap olunacaq. Bu kod əsasında isə müştəri cashback məbləğini əldə edə
biləcəkdir.
Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar isitənilən Kapital Bank filialına müraciət etməli və
fəaliyyətləri barədə müvafiq məlumatları təqdim etməlidirlər. Terminallar bankın kiçik və orta sahibkarlar üçün təklif
etdiyi müxtəlif xidmət və məhsul "paketlər”inə qoşulmuş, həmçinin bankın müştərisi olmasa belə müəyyən ticarət
dövriyyəsinə sahib müştərilər və taksit layihəsi üzrə müəyyən tələblərə cavab verən partnyorlara tam pulsuz təklif
olunur. Daha ətraflı məlumat üçün filiallarla yanaşı, 196 – Məlumat Mərkəzinə, www.kapitalbank.az və ya
www.birkart.az saytına, (+99450) 255-01-96 qaynar xəttinə və ya müştəri menecerlərinə müraciət etmək kifayətdir.