Kapital Bank – 146 il sizinlə!

Kapital Bank – 146 il sizinlə!
 

24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

 

Bu münasibətlə Kapital Bank çoxsaylı müştərilərinə hədiyyə verir. Bunun üçün ölkənin ən məşhur mobil tətbiqi olan BirBank vasitəsilə 24 iyul tarixində istənilən əməliyyat etdikdə, istifadəçilərə əlavə olaraq 1000 "ürək” hədiyyə olunacaq. Sonra həmin bonusları, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

 

Qeyd edək ki, Kapital Bank əmanət kassa kimi yarandıqda Uçot Komitəsinin tərkibində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

 

Kapital Bank fəaliyyətinin 146-cı il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, Kapital Bank-la birgə olduqları üçün təşəkkürünü bildirir.

OXŞAR XƏBƏRLƏR

Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”

Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCA...

Avqustun 12-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 12.08.2020-ci il ta...

Azərbaycan nefti bahalaşıb

  Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0...

Ekspert: "SOCAR “Qarabağ” yatağını işlətməyə texnoloji baxımdan qadirdir"

  Ötən gün ölkə başçısının iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi...

Azərbaycanda gümüşün qiyməti 50 manata yaxınlaşır

  Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə ucuzlaşıb. Sfera.az xəbər verir ki, avqustun 11-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 18,4535 manat (...

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

  Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza ...