Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
 

Baş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmış kürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.
Sfera.az-ın oxu.az-a istinadən məlumatına görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.
Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.


OXŞAR XƏBƏRLƏR