“Kamil Zeynallıya inzibati həbsin verilməsi qərəzçilikdən başqa bir şey deyil” — Vəkil

“Kamil Zeynallıya inzibati həbsin verilməsi qərəzçilikdən başqa bir şey deyil” — Vəkil
"Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə 10 gün müddətinə həbs olunduğu deyilir. İnsanlara yardım göstərəsən və sonra həbs olunasan. Həqiqətən böyük biabırçılıqdı”.
 

Sfera.az  xəbər verir ki, bunu vəkil Adəm Məmmədov Feysbukdakı hesabında yazıb.

O qeyd edib ki, karantin rejimlərinin pozulması əleyhinə dair inzibati xətalar haqqında məsuliyyətin alternativ cəza növü kimi fiziki şəxslər üçün 100 manatdan 200 manatadək cərimə nəzərdə tutulub:
"Buna baxmayaraq, həmin maddədə daha sərt cəza olan inzabati həbsin Kamil Zeynallıya verilməsi qərəzçilikdən başqa bir şey deyil. Allah qapısını açsın!”
 
"Ölkə.Az”

OXŞAR XƏBƏRLƏR