Kamil Zeynallı qalmaqallı təltifetmədən danışdı: “Mən sadəcə olaraq, Dövlət Xidmətinə...”

Kamil Zeynallı qalmaqallı təltifetmədən danışdı: “Mən sadəcə olaraq, Dövlət Xidmətinə...”
Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti bununla bağlı xüsusi açıqlama yayaraq sözügedən şəxsi heç bir medal və mükafatla təltif etmədiyini bildirib.

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən Kamil Zeynallı bildirib ki, o sadəcə olaraq paylaşımında Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinə təşəkkür edib və bu anlaşılmazlıq yaradıb:


"Mən sadəcə olaraq, Dövlət Xidmətinə təşəkkürümü bildirmişəm. Hazırda Qusarda qızım ilə istirahət edirəm. Medallardan birini bu gün mənə çatdıracaqlar, digərini isə özüm Bakıya dönən kimi gedib, götürəcəm”.

Qeyd edək ki, K.Zeynallı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif edilib. Bu barədə məlumat təltifnamənin möhür yerində də görünür.
 
Jalə Mehdi
Sfera.az
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR