Kamikadze partlayış törətdi: 21 nəfər öldü, 44 nəfər yaralandı
13:36 / 21.01.2021
1873
İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.
Terrorçu-kamikadze meydanda özünü partladıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.