“KamAZ” gənc qızın üstündən keçdi
10:30 / 13.07.2019
3064
Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib.
Hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Belə ki, avtobusun önündən yolun əks tərəfinə keçmək istəyən qız sol tərəfə baxmayıb və həmin istiqamətdən gələn "KamAZ” markalı avtomobili görməyib. Nəticədə qız, maşının altında qalaraq dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, "KamAZ” qızı bir neçə metr sürüyüb.