Kamaləddin Qafarov: Sosial paket insanların maddi rifahını xeyli yüksəldəcək

Kamaləddin Qafarov: Sosial paket insanların maddi rifahını xeyli yüksəldəcək
 "Son dövrdə Azərbaycan Prezidentinin rəhbərliyi altında koronavirus pandemiyasının  cəmiyyət üzvlərinə  təsirlərinə  qarşı preventiv sosial tədbirlər  paketi gündən-günə genişlənir.

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədən sonra   vətəndaşlarımızın sosial müdafiəsi ilə bağlı tədbirlərin ön plana çəkilməsi dövlət strukturlarının xüsusi diqqət mərkəzindədir”.

Bu sözləri dövlətin son dövrdə həyata keçirdiyi sosial addımları şərh edərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafəsi və İqtisadiyyat nazirləri ilə videobağlantı formatında keçirilən iclasda  dövlətimizin başçısı yenidən bu məsələyə qayıdaraq deyib:

"Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır”.

 K.Qafarov deyib ki, bu sosial addımlar aztəminatlı  vətəndaşlarımızın sosial müdafiəsinin  gücləndirilməsinə xidmət edir.

"Sözügedən istiqamətdə bəzi proqramların icrası və genişləndirilməsi həyata keçirilir.  Koronavirus karantini dövründə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasət  Azərbaycanda  daxili  siyasətin əsas hədəfinin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi olduğunu bir daha təsdiqləyir”.

Millət vəkilinin sözlərinə görə, ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəminin 25-30 minə çatdırılması nəzərdə tutulur. İşlərin belə sürətli gedişi  vəsaitlərin bu ayın sonu-mayın əvvəlində  600 min insana tam olaraq çatdırılacağına inam yaradır.

K.Qafarovuin fikrincə, insanlara bu çətin günlərdə sosial dəstək siyasəti ölkənin iqtisadi qüdrətinin imkanları sayəsində mümkün olub:

"Bu addımların gələcəkdə də davam etməsi  ölkənin daxili resurslarının səfərbər edilməsi hesabına reallaşacaqdır. Dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnozlaşdırılmış, faktik nəticə isə   2 milyard 63 milyon manat çox olmuşdur. Başqa sözlə deyilsə, birinci rübdə gəlirlər 7 milyard 811 milyon manat təşkil etmişdir. Xərclər isə 5 milyard 255 milyon manat məbləğində və ya 100,8 faiz icra olunmuşdur. Dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranmışdır”.

Millət vəkili deyib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin, Prezidentə "İnam indeksi"nin öyrənilməsi ilə bağlı 1212 nəfər arasında keçirilmiş sorğunun nəticələrinin təhlili göstərir ki, Prezident İlham Əliyevə cəmiyyətin inam və etibarı, onun həyata keçirdiyi düzgün siyasət nəticəsində daha da artıb, xalqımızın rifahı və firavanlığının daha da yaxşılaşmasına yönələn islahatlar kursuna dəstək yüksələn xətt üzrə davam edib. Bu sorğuda respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir.

K.Qafarov sonda bildirib ki, göründüyü kimi, xalqımızın Prezidentə inamı çox böyükdür və bu birlik, bi qarşılıqlı dəstək bizə-cəmiyyətin bütün sosial təbəqələrinə pandemiyadan layiqincə çıxmağa sonsuz stimul verir.

OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...