Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
10:54 / 30.04.2021
5595
Milli
Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin
dönəm başlayıb.
Sfera.az-ı
məlumatlandıran mənbənin sözlərinə görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin
tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər
Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl
səbəbləri var.
Belə
ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və məhz bu
yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanımışdı.
Müxtəlif
zamanlarda ölkə mediasında K.Qafarova bağlı olan şirkətlərin siyahısı dərc edilib.
Odur ki, təkrarlığa yol vermədən yalnız onu qeyd etmək istərdik ki, bu şəxs ölkənin
başlıca dərman monopolistlərindən biri sayılır. Sahibi olduğu şirkətlər vasitəsilə
dərman təminatı sektorunda əsas söz sahiblərindən birinə çevrilmiş K.Qafarov
yeni dönəmdə biznesinin çətin günlər yaşayacağını bilir.
Oqtay
Şirəliyevin uzun illik nazirlik dövründə böyük tenderlərin şəriksiz qalibi
olmuş K.Qafarov başa düşür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta nəinki
əvvəlki kimi olmayacaq, əksinə məşhər ayağına çəkiləcəyi də istisna deyil.
Bu
baxımdan təkcə bir faktı qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan
tədbiri seçilən "Yeni Klinika”nın direktoru Pərviz Abbassovla K.Qafarovun isti
münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox,
işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə
narahat edib.
İnci