No Image
No Image

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb.

Sfera.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin tutduğu vəzifədən azad edilməsi, eləcə də səhiyyə sektorundakı səs-küylü həbslər Kamaləddin Qafarovu ciddi şəkildə narahat edib. Onun bu narahatlığının isə özəl səbəbləri var.


Belə ki, K.Qafarov keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin kadrı sayılır və məhz bu yaxınlıq ona dərman bazarında nəhəng biznes şəbəkəsi qurmağa imkan tanımışdı.
 
Müxtəlif zamanlarda ölkə mediasında K.Qafarova bağlı olan şirkətlərin siyahısı dərc edilib. Odur ki, təkrarlığa yol vermədən yalnız onu qeyd etmək istərdik ki, bu şəxs ölkənin başlıca dərman monopolistlərindən biri sayılır. Sahibi olduğu şirkətlər vasitəsilə dərman təminatı sektorunda əsas söz sahiblərindən birinə çevrilmiş K.Qafarov yeni dönəmdə biznesinin çətin günlər yaşayacağını bilir.

 
Oqtay Şirəliyevin uzun illik nazirlik dövründə böyük tenderlərin şəriksiz qalibi olmuş K.Qafarov başa düşür ki, artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta nəinki əvvəlki kimi olmayacaq, əksinə məşhər ayağına çəkiləcəyi də istisna deyil.

Bu baxımdan təkcə bir faktı qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilən "Yeni Klinika”nın  direktoru Pərviz Abbassovla K.Qafarovun isti münasibətləri olub. Bu münasibətlər isə heç də şəxsi münasibət zəminində yox, işbirliyi formasında olub. Odur ki, məlum həbslər K.Qafarovu ciddi şəkildə narahat edib.

 
Onun korrupsiyada iştirakçı olduğu şübhəsilə saxlanılan yüksək vəzifəli həkimlərlə əlaqəsinin hansı formada olması təbii ki, istintaqın gedişində aydınlaşacaq. Bizə isə prosesin sonunu gözləmək qalır.
 
İnci
 
 
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda 100 min avtomobil hara “yoxa çıxıb”? – Ekspert azalmanın səbəblərini açıqladı

"Köhnə maşınların sıradan çıxması və pandemiya mövcud azalmaya səbəb olub”. Bu sözləri Sfera.az-a açıqlamasında son 6 ildə Bakı şəhəri üzrə  avtom...

Azad Rəhimovun oğlu ölkə ictimaiyyətinə müraciət etdi: "Xahiş edirik..."

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov atası, Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar paylaşım edib. Sf...

Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər

Milli Onkologiya Mərkəzinin direktor müavini, deputat Kamaləddin Qafarov üçün çətin dönəm başlayıb. Sfera.az-ı məlumatlandıran mənbənin sözlərinə görə...

“Pambıq planı deyil ki...” – Vaksinasiya COVİD-19 bəlasından qurtuluşdur, amma...

"COVİD-19 bəlasından qorunmağın, o cümlədən qurtulmağın ən optimal yolu vaksinasiyadır”. Sfera.az-ın məlumatına görə, bunu tanınmış həkim Vaqif Qarayev...

Baydendən növbəti ermənipərəst addım - Azərbaycan necə reaksiya verəcək?

Xəbər verdiyimiz kimi Amanta Pauer ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) rəhbər gətirilib.   Ermənipərəst mövqeyi ilə diqqət çəkən siyasətçinin bu v...

Baloğlan Əşrəfovun koronavirusa yoluxduğu veriliş hədəfdə – “Niyə hamı bir mikrafondan istifadə edib?”

Xəbər verdiyimiz kimi, ötən gecə əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib. Bundan öncə sənətçi televiziya kanallarının müğənnil...