Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA

Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda sərt karantin rejiminin yumşaldılacağı ilə bağlı məsələ ölkədə əsas müzakirə olunan məsələyə çevrilib.

Sfera.az xəbər verir ki, yanvarın 18-dən hansı məhdudiyyətlərin aradan qaldırılacağı böyük maraqla qarşılanır.

Ölkədə mövcud olan yoluxma sayı, epidemioloji vəziyyəti nəzərə alaraq müəyyən yumşalmaların olacağı təmin olunur. Həkim Süleyman Kamilov bildirib ki, müəyyən sektorlar və iş adamları var ki, onların sərt karantin rejimində işləməsi doğru olmur:

"Ola bilər ki, sərtləşdirilmiş karantin müəyyən nüanslarda yumşaldılsın. Karantinlə bağlı yeni qərar açıqlanarsa, müəyyən məhdud saylarda fəaliyyətə icazə veriləcək.

Kafe və restoranlara məhdud sayda insanların girişinə icazə verilə bilər. Məsələn, eyni anda 5 və ya 10 nəfərin girişinə icazə verilməsi mümkündür. Bundan əlavə bərbərxana və dərzilərdə insanların sayı nəzərə alınaraq qaydalar yumşaldıla bilər.

Erkən arxayınlıq olmamalıdır. Yoluxma sayının 400 olması ciddi rəqəmdir. Düzdür, 5 min yoluxma sayı ilə müqayisədə say aşağıdır və bu, sevindirici haldır. Ən azı yoluxma sayı 10 dəfə azalıb. Lakin bu, arxayın olmağa dəlalət etmir".
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...