Jurnalistin ölümünə görə 5 nəfər edam ediləcək

Jurnalistin ölümünə görə 5 nəfər edam ediləcək
Səudiyyə Ərəbistanı Baş prokurorluğu jurnalist Camal Qaşıqçının öldürülməsində şübhəli bilinən 5 şəxsə ölüm cəzası tələb edib.   
 
Sfera.az xəbər verir ki,  həbs edilənlər Türkiyədədir. Ərəblər həbs edilənlərin təcili edam edilməsini tələb edir. 
 
Qeyd edək ki, oktyabrın 2-də müxalifətçi jurnalist və siyasətçi Camal Qaşıqçının Səudiyyənin İstanbul konsulluğunda Səudiyyə kəşfiyyatçıları tərəfindən öldürülməsi, doğranması və cəsədinin yox edilməsi, daha sonra isə Ər-Riyadın bu barədə rəsmi etirafı ölkənin zədələnmiş imicini beynəlxalq müstəvidə daha da ləkələyib və Ər-Riyada qarşı beynəlxaq təzyiqlər kəskin artıb.

OXŞAR XƏBƏRLƏR