Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi

Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi
 Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
 

Sfera.az xəbər verir ki, Aynur Elgünəşin etirazı nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyi ilə bağlı olub:

"Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin ediləndən mən bircə dəfə də olsun bu adamım səsini eşitməmişəm. Bu adam özü üçün xüsusi olaraq bir qrup yaradıb. Yəni, 3-5 nəfər jurnalistlə işləyir. Ancaq onlara xəbər verir. Digər jurnalistlərin heç birinə cavab vermir. Hətta mədəniyyəti çatmır ki, telefonu açıb "məşğulam” desin. İki dəfə zəng edən kimi adamı bloka atır. Mən sizə göstərə də bilərəm ki, gün ərzində bu adama dəfələrlə zəng vurmuşam. Jurnalist fəaliyyətimdə hələ özümə qarşı belə tərbiyəsizliklə üzləşməmişdim”.

Aynur Elgünəş deyib ki, aksiyası yalnız Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə yekunlaşmayacaq. "Mən bunu kampaniyaya çevirəcəm. Digər fəaliyyətsiz mətbuat xidmətləri ilə də bağlı aksiyalar keçirəcəm”, - deyə jurnalist vurğulayıb. (yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR

 Baş nazir Əli Əsədov "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrü...

Müdafiə Nazirliyi bu şəxslərə müraciət etdi - RƏSMİ

 Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddət...

Karantin yenidən sərtləşdirilir? – RƏSMİ

  "Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”.   Bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvan...

Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur - İsmayıllı RİH

"2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyeva İsmayıllı rayonu Lahıc qəsəbəsinə səfərdə olarkən sakinlər "Bədöyün" ...

TƏBİB sədrindən HƏYƏCAN TƏBİLİ: Payız aylarında...

  Koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər. Sfera.az  Trend-ə istinadən ...

“Təlimlər ordunun döyüş hazırlığının əsas növüdür”

  "Erməni tərəfinin narahatlığı bizi o qədər də təəccübləndirməməlidir”. Sfera.az xəbər verir ki, bunu "Ordu.az” saytının hərbi eksperti Ədalət Verd...