Jurnalist Camal Qaçıqçının qətlinə görə məhkəmə başlayır
16:59 / 03.01.2019
2833
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
İlk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.
Həmçinin Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmələri barədə sorğu göndərdikləri, lakin cavab ala bilmədikləri də qeyd olunur.