Jurnalist ailəsindən imtina etdi: "Bizi döyə-döyə evdən qovdular"

Jurnalist ailəsindən imtina etdi:
 

Sabiq baş nazirin köməkçisi Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist Nurlan Libre ailəsindən imtina edib.

Sfera.az  xəbər verir ki, o bu bardə facebook səhifəsində yazıb:

"Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiz? Bəli, "Xoşqədəm ssenarisi"nə oxşayan əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı.

Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür.

‌Ailəm ilk başdan mənim Əsli ilə izdivacıma qarşı idi. Onlara görə Əsli tərbiyəsiz küçə qızı, bizim ailəmizə yaraşmayan fərd idi. Bunu mənə dedikləri zaman sakitcə dediklərini qəbul edib, evdən birdəfəlik çıxdım. Bir həftəyə yaxın dost-tanış evində qaldıqdan sonra Əsli ilə kirayə evə köçdük, nigah üçün Asan Xidmətə müraciət etdik. Bu dönəmdə Əslinin ailəsi Zərdabda toy eləmək üçün bizdən xahiş etdilər. İnanın toya bir manat belə xərc çəkmədim hələ üstəlik toydan yığılan pulun artıqlamasıyla bizə verdilər ki, yeni ailəsiz ehtiyaclarınız üçün xərcləyin. Elə bu dəm anam bizim evə qonaq gəlib dünənə kimi fahişə dediyi Əslinin ayaqlarına düşdü ki, sən mənim gəlinim yox qızımsan səni səhv tanımışıq. Toydan gələn gəlir də sizin olsun. Mən istəmirdim ailəmin edəcəyi toyu. Bakıda kiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görə yox nəslin içində adları təmizə çıxsın deyə edirlər. El-aləm var, qohum-qonşu nə deyər axı?! Əslinin təklidləri ilə toya razı oldum. Toy gününə kimi hər şey normal idi. Toy günü Arif Hacılını məclisdə söz vermədilər ki, birdən siyasi çağırış edər problem yaranar, o da inciyərək getdi. Bizim əyləncəmizə imkan vermədilər, sanki toy qohumlar üçün imiş kimi. Bütün bunlardan sonra toydan imtina edərək Əsli ilə taksiyə minib getmək istədim. Dostlarım mənə imkan vermədi. Güc bəla toyu başa vurduq.

‌Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Dünənə kimi ailəmin gəlinim dediyi qız birdən birə oldu küçə qızı. Qardaşım, atam, anam, qohumlarım üstümüzə hücum çəkib, bizi döyə döyə evdən qovdular, pərişan halda evdən zorla qaçdıq. Əsli sizin üçün küçə qızı idisə bəs onda ayağına düşüb yalvarırdız ki, toy edək? Onun "fahişə" olduğu pul sayılanda yadınıza düşdü? Bu nə teatrdı qurmusuz?

İndi evdəyik. Sumqayıt şəhər 4-cü polis bölməsində şikayət eləmişik. ‌Belə ailəm olduğu üçün utanıram. Mənə övladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailə lazım deyil. ‌Mənə və Əsliyə hörmət edərək toyuma gələn, toyda iştirak edə bilməsə də pul göndərən, başda Müsavat başqanı Arif Hacılı olmaqla bütün insanlardan üzr istəyirəm. Övladlarının şad gününü 50 qonağın 50-200 manat arası yazdıracaqları pula görə bərbad edən mənə lazım deyil. Atam Qəhrəmanlı Ramiz Yusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, Qardaşım Qəhrəmanlı Xəyal Ramiz oğlundan imtina edirəm".

OXŞAR XƏBƏRLƏR

Ağızlarından niyə qan gəlib? - Zəhərlənən tələbələrlə bağlı şok iddia: "QƏSD OLA BİLƏR..."

  Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il t...

Enerji içkiləri: Gələcəyimizə tuşlanmış öldürücü silah – Reklamı qadağan olunmalıdır...

  Gündəlik həyatda - istər küçədə gəzərkən, istər metrodan istifadə edərkən, istərsə də televiziya izləyərkən enerji içkilərinin reklamına tez-tez ras...

"Daha məndən heç nə soruşmayın..." - Əhəd Abıyev qardaşını döyməsi xəbərindən danışdı

  "Qardaşım qızının dedikləri yalandır. Mən heç kimi döyməmişəm. Haqqımda səsləndirdiyi ittihamlar boş-boş  şayiələrdir”. Sfera.az xəbər ...

Bodrumdan qayıdana “Bodrum filankəs” deməliyik? – İlahiyyatçıdan dini titullara etiraz

    "Kiminsə özünü "hacı”, "kərbəlayi”, "məşədi” adlandırması natamamlıq kompleksinin nəticəsidir”. Sfera.az-a açıqlamasında bu sözləri İslam...

Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)

  Energetik içkilərin zərərləri ilə bağlı dəfələrlə yazılar yazmışıq. Elə biri yoxdur ki, bu içkilərin zərərindən xəbərsiz olsun. Ölkəmizdə də hər gün ye...

“Lukoil” yanacaqdoldurma məntəqəsində benzin oğurluğu: 20 manat əvəzinə...

  "Lukoil” yacacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı şikayətlər artmaqdadır. Sfera.az bildirir ki, bununla bağlı sosial şəbə...