Jirinovski Trampın qələbəsini qeyd etdi - VİDEO

Jirinovski Trampın qələbəsini qeyd etdi - VİDEO

 

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ-dakı prezident seçkilərində respublikaçı Donald Trampın qalib gəlməsi münasibətilə jurnalistlər üçün ziyafət verib.

Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ziyafətə 1600 dollara yaxın pul xərclənib.

Vladimir Jirinovski ABŞ-dakı prezident seçkilərinin nəticələri elan olunduqdan sonra jurnalistləri Dövlət Dumasındakı qəbul otağına toplayıb.

O, Rusiya və ABŞ münasibətlərindən danışıb və Donald Trampın şərəfinə badə qaldırıb.

Vladimir Jirinovski Donald Trampın qələbəsini Birləşmiş Ştatların daxili siyasətində "qırılma nöqtəsi” adlandırıb, Rusiya-Amerika münasibətlərində böyük dəyişikliklərə ümid etdiyini bildirib.



OXŞAR XƏBƏRLƏR