İzmirdə küçələri su basıb, 7 ballıq növbəti zəlzələ gözlənilir - VİDEO
17:18 / 30.10.2020
4835
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində küçələr su altında qalıb.
Sfera.az xəbər verir ki, 6.6 bal gücündə baş verən zəlzələ ölkənin Seferihisar adlı bölgəsində küçələrin su altında qalması ilə nəticələnib. Belə ki, dənizdə suyun səviyyəsi yüksəlib və şəhəri su basıb.
Türkiyəli mütəxəsssislərin ehtimalına görə 7 bal gücündə növbəti zəlzələ gözlənilir.
Qeyd edək ki, 20 -ə yaxın binanın dağılması ilə bağlı iddialar var.
Sfera.az
Əzizə Zeynal