İzlənilən yoluxmuşlardır, ya müxalifətçilər?

İzlənilən yoluxmuşlardır, ya müxalifətçilər?

Avropa Birliyi sakinləri özünütəcrid vəziyyətindən çıxır, AB ölkələrinin hakim dairələri isə yeni virus dalğasının qarşısını almağa çalışır. Bu məsələdə texnologiyanın böyük köməyi var.


Mobil telefonlar sahiblərinin sağlamlıq durumu haqda məlumat toplaya, digər insanlarla əlaqələrini izləyə və onların arasındakı yoluxmuş insanları təyin edə bilər.


İnformasiya texnologiyaları üzrə mütəxəssislər özəl sahəyə müdaxilənin təhlükəsi barədə xəbərdarlıq edir: "Böyük həcmli məlumatlarla işləyən şirkətlər müxtəlif dövlət tətbiqləri və sxemlərinin idarəetməsinə cəlb olunurlar. Pandemiyadan sonra məxfi məlumatların onlar üçün nə dərəcədə əlçatan olacağı hələlik məlum deyil. Onların sözügedən məlumatları saxlayıb istifadə etmələrinə icazə veriləcəkmi? Misalçün, bədən temperaturumu öyrənəndən sonra onlar mənə müfaviq dərman preparatı satmağa çalışacaqlar ",- deyə Jennifer Beyker bildirir.


Avropa Birliyində pandemiya şəraitində tətbiq olunan məlumatların qorunmasına dair Ümumi qayda işləkdir. Bu baxımdan, kontaktların izlənilməsi məqsədi ilə tətbiqlərin (red. treklər) quraşdırılması könüllü olmalı, onlara zaman məhdudiyyəti qoyulmalı və həmin tətbiqlərdə şəxsi informasiyanın saxlanılmasına yol verilməməlidir.

 

Çərşənbə günü Brüsseldə çıxış edən Avropa Komissiyasının Dəyərlər və Şəffaflığın təmin edilməsi üzrə vitse-prezidenti Ümumi qaydanın icrasının hələlik milli hökumətlərin ixtiyarına verildiyini etiraf edib:


"Məlumatların qorunması üzrə agentliyimiz bu məsələnin həlli ilə məşğuldur",-deyə Vera Yourova bildirib. "Bu günədək izləmə tətbiqlərinin məxfilik qaydalarını pozması müşahidə olunmayıb.”

 

Şəxsi həyata müdaxilənin bəzi əleyhdarları ölkə başçılarından bu məlumatların başqa məqsədlər üçün istifadə edilməməsini təmin etmələrini tələb edirlər. Peyk naviqatoru sayəsində insanların olduğu məkan barədə polisə məlumat verə biləcək tətbiqlərlə bağlı narahatlıqlar artır: "Fərz edək ki, mən müxalifətin hüquqlarına hörmət edilməyən bir ölkədə müxalifətçiyəm. Telefonumun köməyi ilə hökumət mənim kiminlə və harada görüşdüyümü öyrənə bilər”,-deyə Vətəndaş Azadlıqları Birliyinin üzvü Orsola Reyx bildirir. "Bu qəbildən olan məlumatların yalnız pandemiya ilə mübarizə üçün istifadə ediləcəyinə əminlik yoxdursa, bu məlumatlar sadəcə toplanmamalıdır."


Bu cür tətbiqlər istifadəçinin olduğu məkanla bağlı məlumatları anonim qaydada qoruyub saxlamağa imkan verənBluetooth texnologiyasından istifadə edə bilər. Amma onun effektivliyi təsdiq edilməyib.

 

Məxfilik üzrə ekspert digər tətbiqlərin istifadəçinin hüquqlarını daha çox pozduğunu vurğulayır: "Maraqlıdır ki, bu tətbiqdə izləmə funksiyasının olduğu söylənən kimi insanlar ondan qorxmağa başladılar. "Amma reallıq budur ki, telefonunuzdakı hər bir tanışlıq məqsədli tətbiqə çox guman, bir neçə min trek quraşdırılıb. " Sözügedən tətbiqlər sizin haqqınızda istənilən anti-koronavirus tətbiqindən daha çox şey bilir."


Buna bənzər epidemioloji elektron nəzarət vasitələri hələ hazırlanma mərhələsindədir. Amma Avropa cəmiyyətində texnologiyaların bu cür istifadəsi birmənalı qarşılanır, çünki çoxları bunun qeyri-etik olduğunu düşünür.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR