İyul ayından bu şəxslər 57 yaşından pensiyaya çıxacaq - VİDEO

İyul ayından bu şəxslər 57 yaşından pensiyaya çıxacaq - VİDEO
 

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanlara daha tez əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur. Belə ki, həmin kateqoriyadan olan 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldıla bilər. Bu, pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Sfera.az  xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Elnur Abbasov - ƏƏSMN-in şöbə müdiri: "Burada əsasən dağ-mədən işləri, metallurgiya istehsalı, kimya istehsalı sahələri öz əksini tapır və s. bu kimi sahələrdir. Xüsusilə ağır və zərərli sahələrdə çalışan şəxslər daha tez əmək pensiyası alacaqlar".

Vüqar Bayramov - Milli Məclisin deputatı: "Bu zaman nəzərə alsaq ki, qadınlar üçün hazırda pensiyaya çıxma yaşı 61 il 6 aydır və iyulun 1-dən etibarən bu rəqəm 62 il olacaq. Bu o deməkdir ki, əgər iyun ayında qaydalar təsdiq olunarsa və gələn aydan qüvvəyə minərsə, o zaman həmin sahələrdə çalışan qadınlar artıq 62 yaşı gözləməyəcək. Onlar 57 yaşında pensiya çıxmaq hüququ qazanacaqlar".

Pensiya təyin edilərkən, həm pensiya kapitalının, həm də ümumi stajın eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

Elnur Abbasov - ƏƏSMN-in şöbə müdiri: "Əgər layihə qəbul olunarsa, deməli hazırda biz onlardan 25 il sosial sığorta stajı və minimum pensiya kapitalı tələb edirdiksə, dəyişikliklərdən sonra yalnız 25 il sığorta stajı və ya minimum pesniya kapitalını tələb edəcəyik. Burada bir seçim qoyulacaq vətəndaşa ki, 25 il sosial sığorta stajı tamamlayıbsa, artıq kapital tələbi ortadan qalxacaq".

 

Vüqar Bayramov - Milli Məclisin deputatı: "Bu zaman artıq həmin şəxslər həm qadın, həm kişilərə minimum pensiya kapitalında da güzəşt tətbiq olunacaq. Belə ki, onlar üçün minimum pensiya kapitalını tam olaraq toplamaq tələb olunmayacaq. Kapitalın 70 faizini toplayarlarsa, o zaman pensiya hüququ əldə etmiş olacaq. Bu o deməkdir ki, həmin şəxslərə minimum pensiya kapitalında təxminən 10 min manata yaxın güzəşt tətbiq olunacaq".

Bu da həmin şəxslərin pensiya hüququna əlçatanlığını artıracaq. Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.



OXŞAR XƏBƏRLƏR

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...