İtkin hesab edilən əsgərin nəşi tapıldı - FOTOLAR

Cəmiyyət
16:21 / 13.01.2021
1645
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.
Sfera.az xəbər verir ki, söhbət 25 yaşlı hərbi qulluqçu Mirzəyev Şirzad Mirzə oğlundan gedir. Şəhidimiz bu gün Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabınında dəfn edilib.
Ş. Mirzəyev Murovdağda, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəli olan şəhidin 1 qız övladı var.
Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş hərbçilərlə bağlı yaydığı məlumatda Ş. Mirzəyevin də adı var.
(qafqazinfo)