No Image
No Image

İtkin düşmüş hərbçilərimizin sayı açıqlandı - RƏSMİ

İtkin düşmüş hərbçilərimizin sayı açıqlandı - RƏSMİ
"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır".

Sfera.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Çin və digər ölkələr Zəngəzur dəhlizinin inşasında niyə maraqlıdır?

Artıq bir müddətdir ki, Zəngəzur dəhlizinin inşasıbeynəlxalq aləmdə sözün əsl mənasında səs-səda yaradıb. Bir çox ölkələr dəhlizin inşasında maraqlıolduqlarınıb...

Təzəpir məscidində bayram namazı qılındı

Bu gün Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. Sfera.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin i...

Mehriban Əliyeva Şuşadan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan rəsmi "İnstagram" hesabında bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Sfera.az-ın məlu...

Şuşada bayram namazı qılındı

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Ramazan bayramı namazı qılınıb. Sfera.az bildirir ki, Bakı Media Mərkəzi Qarabağın ...

Prezident Ramazan bayramı ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə rəsmi "Facebook” səhifəsində paylaşım edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını...

Arəstə Baxışova beynəlxalq medal ilə təltif olundu - FOTO

Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxa...