No Image

İtkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - FOTO

İtkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - FOTO
 Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.

Qeyd edək ki, hadisə 2 sentyabrda baş verib. Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırmış. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Onun ayağı sürüşüb kanala düşərək boğulub.

OXŞAR XƏBƏRLƏR