İtkin düşən polotla bağlı yeni xəbər: \"Təyyarənin üstü qumla örtülüb, ona görə də...\"

İtkin düşən polotla bağlı yeni xəbər: \
"Axtarış zonasının əhatə dairəsi xeyli kiçilib”.

Sfera.az xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında itkin düşmüş pilot Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, təyyarənin düşdüyü ehtimal olunan əhatə dairəsinin eni 20 km, uzunluğu 25 km müəyyənləşdirilib:

"Ehtimal edilən yerin xeyli hissəsi axtarılıb və iş görülüb. Bəlkə də obyektin düşdüyü yerə yaxınlaşılıb. Əgər bu gün belə təyyarə tapılsa, onun çıxarılması 2-3 gün vaxt alacaq. Çünki təyyarə qumun içərisinə girib və üstü qum ilə örtülüb. Bu samanlıqda iynə axtarılan kimi bir şeydir”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...