İtkilərini gizlədə bilməyən Ermənistan hərbçilərinin meyitlərini “səpələməklə” məşğuldur

İtkilərini gizlədə bilməyən Ermənistan hərbçilərinin meyitlərini “səpələməklə” məşğuldur
 

Ermənistanın News.am saytı məlumat yayıb ki, bu gün səhər saatlarında Gümrü-Spitak yolunda baş verən ağır yol qəzasında bir nəfər yerində keçinib, üçü isə xəsarət alıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, BMW markalı avtomobil yolun hərəkət zolağından çıxaraq yüz metrə qədər məsafəni uçduqdan sonra çevrilib. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Spartak A. yerindəcə keçinib, 1998-ci il təvəllüdlü Albert S., 1991-ci il təvəllüdlü Artuş N. və 1989-cu il təvəllüdlü Manuk M. xəsarət alaraq hospitala aparılıb. Manuk M. adlı şəxsin vəziyyəti çox ağır kimi qiymətləndirilir. Digərlərinin vəziyyəti isə orta ağırdır. Əldə edilən məlumata əsasən, ölən və xəsarət alanların hamısı hərbi qulluqçulardır. 

Ermənistan tərəfinin öz hərbi qulluqçularının ölüm faktlarını gizlətdiyi tərəfimizdən dəfələrlə bildirilib. Bu hadisə də erməni hökumətinin öz xalqına söylədiyi yalanların və törətdiyi cinayətlərin bariz nümunəsidir. Əlbəttə, Ermənistan rəsmiləri iyul ayında Azərbaycan-Ermənistan sərhədində törətdikləri təxribatda itirdikləri hərbçilərini gizlətmək arzusundadırlar. Lakin öz səhvlərinin nəticəsinin üstünün gec-tez açılacağının qaçılmaz olduğunu anlayan Nikol Paşinyan və Müdafiə Naziri David Tonoyan döyüş itkilərini qəza, bədbəxt hadisə, naməlum ölümlər və s. adı altında təqdim etməyə məcburdurlar.

Görünür, sonuncu təxribatın "bəhrəsini” soyuducuda gizlətmək üçün kifayət qədər imkanları olmayan erməni hakimiyyəti uzun vaxt çəkmədən itkilərini yavaş-yavaş Ermənistan ərazisinə "səpələməklə” məşğuldur. (mediapost)


OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...