İtaliyanın bu kurortunda turistlərə ilginc təklif - PULSUZ EVLƏR

İtaliyanın bu kurortunda turistlərə ilginc təklif - PULSUZ EVLƏR

İtaliyadakı kəndlərdən birində turistləri evlərlə pulsuz cəlb etmək qərarına gəliblər.


Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın cənubunda yerləşən San-Covanni-Galdo iyul-oktyabr aylarında İtaliyaya səyahət etmək istəyənlərə tamamilə pulsuz boş evlər təklif edir.


İtalyanın əksər kəndləri kimi, San-Covanni-Galdoda sakinləri böyük şəhərlərə köçdüyünə görə böhran içindədir. Onların mənzilləri və şəxsi evləri boş qalıb. Onların xarabalığa çevrilməməsi üçün kəndin rəhbərliyi yaşayış məkanlarını turistlərə təklif edir.

 

San-Covanni-in-Galdo Adriatik dənizinin sahillərindən və Apenin dağlarından cəmi 40 dəqiqəlik məsafədə, ecazkar təbiət qoynunda yerləşir.


Regalati il Molise ("Özünüzə Molizeni hədiyyə edin") adlı layihə çərçivəsində səyahətçilər bölgədəki bəzi boş qalan evlərdə tamamilə pulsuz yeddi gecə keçirə bilərlər. Məqsəd kiçik kəndi yenidən canlandırmaq və Molizeni xəritədə cəlbedici turizm məkanı kimi işarələməkdir. Ötel xərci çəkməyən turistlər qənaət etdikləri pulubölgənin gəzməli yerləriniziyarət etməyə sərf edə bilərlər. Yerli fəal Enzo Lunqonun müəllifi olduğu layihə iyulun 4-dən start götürür və 3 oktyabr tarixinədək davam edəcək.


Layihə iştirakçısı olmaq üçün xüsusi forma doldurmalı və Molizedə nələr görmək istədiyinizi açıqlamalısınız. Bundan sonra anketi elektron poçtla mədəni irs üzrə yerli idarəyəgöndərməlisiniz. Kənd həftədə beş nəfərədək turist qəbul edəcək.


Selcan

Sfera.az

OXŞAR XƏBƏRLƏR