İtaliya millisinin çempionluğu azarkeşin ölümünə səbəb oldu

İtaliya millisinin çempionluğu azarkeşin ölümünə səbəb oldu
İtaliya millisinin Avropa çempionluğunu qeyd edən azarkeşlər faciə ilə üzləşiblər.

Sfera.az-ın "La Repubblica" nəşrinə istinadən məlumatına görə, Kataniya əyalətində kütləvi şənliklər zamanı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 19 yaşlı gənc ölüb, daha 4 nəfər isə yaralanıb.

Fodca əyalətində isə skuter sürən 32 yaşlı kişi futbol festivalına gedərkən güllə ilə vurularaq öldürülüb. Gecə isə Venesiyada kanallardan birində orta yaşlı kişinin cəsədi tapılıb. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib. Polis naməlum şəxsin ölümünün ölkədəki kütləvi əyləncələrlə bağlı ola biləcəyini istisna etmir. İtaliyanın müxtəlif şəhərlərində isə çoxlu sayda yaralının olduğu bildirilib.

Qeyd edək ki, finalda İngiltərə millisini penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub. // "Report"


OXŞAR XƏBƏRLƏR