İstirahətə gələni bıçaqlayıb pulunu apardılar

İstirahətə gələni bıçaqlayıb pulunu apardılar

Şüvəlan çimərliyində insident olub.

Sfera.az "Report"a istinadla xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR