İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən əsgər- Foto

İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən əsgər- Foto
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!

2-ci Dünya Müharibəsində müxtəlif irqlərdən, ideologiyalardan, məkanlardan, dinlərdən və dillərdən gələn milyonlarla əsgər, qarşısında həyatında daha əvvəldən heç görmədiyi və yəqin ki, heç də görməyəcəyi insanları öldürmək niyyəti ilə vuruşur və onları məğlub edərək getmək, daha da irəliləmək və sonda yekun qələbəyə çatmaq istəyirdi. 

Məhz belə bir əsgər olan Yang, mənşəyinə görə digər əsgərlərindən daha fərqli bir hekayəyə sahib oldu. O bu müharibə boyu həm Yaponiya, həm Sovet, həm də Nasist əsgəri olaraq savaşacaqdı.

1938-ci ildə Koreya, Yapon işğalı altında olduğu dövrdə Yapon ordusuna alınmış və buradan da Çinin Mancuriya bölgəsinə göndərilmişdi.

Monqol və Sovet qüvvələrinin ani bir sərhəd basqını nəticəsində Yapon istilası altında Mancuriyada əsgər olaraq vəzifə edərkən Sovetlər tərəfindən əsir götürüldü. 

1942-ci ildə Sibir və ətrafındakı əmək düşərgələrində əsir saxlanılan Yang, qərbdə baş verən qarşıdurmalar və Alman irəliləyişinə qarşı silahlandırılaraq Sovet ordusunun bir əsgəri olaraq Ukraynaya göndərilir. 

1943-ci ildə Üçüncü Xarkov Müharibəsində Alman ordusu tərəfindən əsir götürülür. Çox keçmədən yenidən silahlandırılır, bu dəfə də Nasist Almaniyası cərgələrində Wehrmacht birliklərinə qatılaraq, Fransa cəbhəsinə göndərilir. O dövrdə Sovetlərdən ələ keçirilən əsirlərin Fransa cəbhəsinə göndərilməsi geniş tətbiq olunurdu. 
Bir neçə ay sonra Yang, Amerika qüvvələri tərəfindən əsir alınır və İngilis müharibə əsirləri düşərgəsinə göndərilir. Sonra Amerikaya göndərilən Yang, doğulduğu torpaqlardan minlərlə kilometr uzaqda; 1992-ci ildə ölümünə qədər Amerikada yaşamağa davam edir.

OXŞAR XƏBƏRLƏR