“İşte benim stilim”də “Ay lolo” - VİDEO

“İşte benim stilim”də “Ay lolo” - VİDEO

Türkiyənin məşhur "İşte benim stilim” zövq müsabiqəsinin növbəti buraxılışı baş tutub.

Sfera.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, yarışmada bütün iştirakçılar podiuma gəlinliklə çıxıb, müxtəlif səhnəciklər yaradıblar.

Azərbaycanlı iştirakçı Ayşən Ocaqverdiyeva isə səhnəyə "vağzalı” sədaları altında daxil olub, daha sonra "Ay lolo” mahnısı ilə rəqs etməyə başlayıb.

İştirakçılar və münsiflər Ayşənin ərsəyə gətirdiyi şounu bəyəndiklərini söyləyiblər.

Münsiflərdən İvana Sert, Uğurkan Erez, Nur Yerlitaş, Hakan Akkaya və qonaq münsif Sofiya Soyman Ayşənə 10 bal veriblər.

Həmyerlimiz ən yüksək bal toplayan iştirakçılardan biri olub.


OXŞAR XƏBƏRLƏR