İstanbulda güclü külək dörd nəfərin həyatına son qoydu - FOTOLAR

İstanbulda güclü külək dörd nəfərin həyatına son qoydu - FOTOLAR
Türkiyənin bir çox hissəsində əsən güclü külək İstanbulda da fəsadlar törədib.

Sfera.az xəbər verir ki, Esenyurtda küləyin uçurduğu dam iki nəfərin üzərinə düşüb və həmin şəxslərin ölümünə səbəb olub. Hadisə nəticəsində daha 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bununla yanaşı, külək səbəbindən evlərin damları uçub, ağaclar aşıb.

İstanbulun Çatalca adlı hissəsində isə Saat Qülləsi küləyin təsirindən aşıb. Aşan qüllə parçalara ayrılıb. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.

***

İstanbulda güclü külək nəticəsində ölənlərin sayı dördə çatıb. 19 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR