İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi

İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi
Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.

Sfera.az AzərTAc-a istinadən xəbər ki, "Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da "TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu. 

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan "TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər "Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi. 

Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də "TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də "TK 341” saylı uçuşu da ləğv olunub. 

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil. 


OXŞAR XƏBƏRLƏR

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...