No Image
No Image
No Image

İstanbul-Bakı avtobusları dayandırıldı — Nazirlik işə qarışdı

İstanbul-Bakı avtobusları dayandırıldı — Nazirlik işə qarışdı
Bir neçə saat əvvəl daxil olan məlumata əsasən, Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan dörd avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.
 
 
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

"Məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb. "VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib. Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.
Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyyə edilir", - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Ermənilərin Kürdəmirə atdığı raketin qalıqları - FOTOLAR

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Müda...

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvə...

Bir ailənin 9 üzvü əriştədən zəhərlənib öldü

Dondurucuda saxlanılan yemək 9 nəfərin ölümünə səbəb olub.  Sfera.az xəbər verir ki, hadisə Çinin Cixi Şi şəhərində baş verib.  Bir ildir ...

Yuriy Podolyaka: Azərbaycan Ordusu Qubadlını nəzarətə götürüb, Laçın və Xocəvəndə yaxınlaşıb

Ukraynalı ekspert Yuri Podolyaka "YouTube" kanalında Azərbaycan Ordusunun artıq Qubadlı rayonunu götürdüyünü, Laçın və Xocavəndə yaxınlaşdığını iddia edib. ...

MN ələ keçirilən növbəti hərbi texnikaların görüntüsünü yayıb - VİDEO

Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.    Sfera.az  həmin görüntüləri təqdim edir: ...

Paşinyanın axmaqlığı, Minsk Qrupunun susqunluğu və... - Ermənistanın dağılan tifaqı

Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bəyan etdi. Bu açıq şəkildə Dağlıq Qarabağ mü...