İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlər yoluna qoyulur

İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlər yoluna qoyulur
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, baş nazirin müavini Məhəmməd bin Salman ilə İsrail baş naziri Binyamin Netanyahu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını müzakirə ediblər.

Sfera.az xəbər verir ki, iki nəfər yüksək vəzifəli müşavirin verdiyi məlumata görə, həmçinin İranla münasibətlər də müzakirə mövzusu olub.

Cəmi iki saatadək davam edən görüş zamanı hər hansı mühüm razılaşma əldə edilmədiyi bildirilir.

Bundan əvvəl Qırmızı dəniz sahilində salınmış yeni Neom şəhərində B.Netanyahu, M.Salman, habelə ABŞ dövlət katibi Mayk Pompeo və İsrailin "Mossad” kəşfiyyat qurumunun rəhbəri Yosef Meir Kohen arasında gizli görüş keçirildiyi bildirilmişdi.

Lakin Səudiyyə Ərəbəstanı xarici işlər naziri şahzadə Feysal bin Fərhan isə B.Netanyahu ilə M.Salman arasında görüşün keçirildiyini təkzib edib. "Al Arabiya” xəbər verir ki, nazir bildirib: "Mən Neom hava limanında dövlət katibi Mayk Pompeonu qarşılayıb yola salmış, vəliəhd şahzadə ilə görüşündə iştirak etmişəm. Orada israillilər olmayıb”.

OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...