İsrailin baş naziri Soçidə nəyə nail olmaq istəyir? – Şərh
11:17 / 18.10.2021
529
"22
oktyabr 2021-ci ildə İsrailin yeni seçilmiş baş naziri Bennetti Naftali
Rusiyanın Soçi şəhərinə səfər edəcək və orada Rusiya Prezidenti Vladimir Putinlə
görüşəcək. Həm yaxın Şərqdə, həm də İran və Azərbaycan arasında vəziyyətin kəskinləşdiyi
bir vaxtda İsrail baş nazirinin Rusiyaya səfəri heç şübhəsiz ki, təsadüfi
deyil”.
Sfera.az
xəbər veri ki, bu sözləri politoloq Samir Hümbətov deyib.
Onun
sözlərinə görə, həm Suriyada, həm də İraqda İrana məxsus hərbi bazaların
tez-tez İsrail tərəfindən hədəfə alınması, İranın nüfuzlu növə alimi Möhsün Fəxrizadənin
Tehran yaxınlığında Mossad tərəfindən planlaşdırılan sui-qəsd nəticəsində
öldürülməsi, İsrail tərəfindən mütəmadi şəkildə İranın nüvə obyektlərinə
kiber-hücumların təşkil edilməsi, tərəflər arasında onsuz da mövcud olan gərginliyi
daha da artırmasına səbəb olan amillərdəndir:
Politoloqun
sözlərinə görə, hazırda ən vacib sual odur ki, İsrail İrana birbaşa hücum edə
bilərmi?
"Öncə
ona diqqət etmək lazımdır ki, İran üçün əsas olan dünyanın güc mərkəzlərini yanında
görməkdir. Yəni mümkün müharibə baş verərkən İranı hansı dövlətlər dəstəkləyə
bilər? Şübhəsiz ki, burada ilk ağla gələn Rusiya və Çindir. İranla güclü müttəfiqlik
münasibətlərinə malik olsalar da, nə Rusiya, nə də Çin İranın növə silahı əldə
etməsinin tərəfdarı deyil. Hətta demək olar ki, Rusiya 2007-ci və 2010-cu illərdə
BMT TŞ-da nüvə məsələsinə görə İrana qarşı tətbiq edilən sanksiyalara nəinki
veto qoymadı, hətta dəstək verdi. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə
ABŞ nüvə razılaşmasından çıxıb, İrana qarşı müharibə məsələsini gündəmə gətirərkən
ABŞ baş katibi Mayk Pompeo Moskvaya səfər etdi və Prezident Vladimir Putinlə
görüşdü. Bu görüşdən sonra tərəflər brifinq keçirdilər və həmin brifinqdə
Rusiya Prezidenti Valdimi Putin İranı nəzərdə tutaraq bildirdi ki, Rusiya bölgədə
yanğın söndürən maşın funksiyasını icra etmir və hər kəs uzlaşmaq üçün yollar
tapmalıdır. Bunun isə hansı anlam daşıdığı, fikrimcə, hər kəsə aydındır”.
Ekspert
hesab edir ki, Rusiya və Çin İranın nüvə silahına malik olmasını istəməsələr də,
ona qarşı hansısa müharibə ssenarisinin olmasının da tərəfdarı deyillər”.
"Məhz
buna görə də, hesab edirəm ki, İsrail baş naziri Bennetti Naftalinin Rusiyaya səfərində
də əsas məqsəd Vladimir Putinə İranın son zamanlar atdığı addımların çox ciddi
təhlükəyə səbəb olduğunu və belə davam edərsə İranın vurulacağını izah etməkdir.
İsrail baş naziri, həmçinin Putinə izah edə bilər ki, onların məqsədi İranı
deyil, İranın nüvə obyektlərini vurmaqdır.
Hadisələrin
gedişatından belə qənaətə gəlmək olar ki, İsrail baş naziri Bennetti Naftali
Rusiyadan sonra Çinə də səfər edə bilər.
Turan
Rzayev