İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTOLAR

İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTOLAR
Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.
 
Sfera.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik oktyabrın 22-də Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edərkən bildirib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib. "Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm,” – deyə səfir qeyd edib.

Corc Dik deyib: "Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir”.

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. "Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik”, - deyə diplomat bildirib.

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

OXŞAR XƏBƏRLƏR

Bakıda bələdiyyə sədri koronavirusdan öldü - FOTO

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Sfera.az xəbər verir ki, İ.Xəlilov bu gün 62 yaşında dünyasını dəyi...

21 əsgəri xilas edən şəhid Əsəd Əsədli… – VİDEO

"Səhər sübh namazından sonra ani gözümə yuxu getdi. Gördüm evin qapısı açıldı. Oğlum o qədər gözəllikdə, uca boyda, nur üzlə gəlmişdi ki...  Deyirəm, Əsəd,...

Doğma Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar - FOTO

Azərbaycanın daha bir rayonu – Laçın erməni faşizminin əsarətindən azad edildi və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyuldu. Bu gün Laçın rayonundan o...

Laçına FOTOSƏYAHƏT

Xəbər verdiyimiz kimi Azərbaycan, Rusiya və Ermənistan arasında  imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın ray...

Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün ...

Vilayət Eyvazovdan YENİ TƏYİNAT - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib. Sfera.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər B...