İsraildə yaşayan ərəblərin bu hüquqları var – Maraqlı faktlar

İsraildə yaşayan ərəblərin bu hüquqları var – Maraqlı faktlar
"İsraildə 5.8 milyon yəhudi və 1.6 milyon ərəb vətəndaşı yaşayır".

Sfera.az-ın məlumatına görə , bunu ictimai - siyasi fəal Ramin Hacılı deyib. O qeyd edib ki, İsrailin ərəb vətəndaşları yəhudilərdən heç bir fərqi olmadan eyni hüquqa malikdir:

"İsrailin ikinci dili ərəb dilidir. Bu dil yəhudi məktəblərində mütləq öyrənilməli fənndir. İsrailin ərəb vətəndaşları sosial sığorta, işsizlik, xəstəlik, əlillik və qocalıq məvacibi alırlar. Həmçinin pulsuz tibbi sığorta (burada mütləqiyyət ondadır ki, yəhudi və xristian analar daha çox çalışır və onların verdikləri əməklə işləməyən ərəb xanımları bir tutulur və ədalətsiz olsa da, fərq qoyulmur).

Ərəblər səs hüququna malikdir və Knessetdə (İsrail parlamenti) öz partiyaları ilə təmsil olunurlar: RAAM-TAAL, Balad, Xadaş".

R.Hacılının sözlərinə görə , ərəb əsilli siyasətçilər İsraildə ən yüksək vəzifələrə sahibdirlər: "Aralarında nazir, diplomat və ali hakimlər var. Ərəb dilində yayımlanan dövlət televiziya və radiosu mövcuddur. Bu dildə qəzet, kitab və jurnallar buraxılır,  dövlət universitetlərində ərəb tələbələri üçün məscidlər tikilib. Ərəb mədəniyyətinin yayılması İsrailin dövlət inkişaf proqramında əksini tapıb. Bu hüquqları ərəb ölkələrində yaşayan vətəndaşlar heç arzulaya bilməz".
 
İnci
 

OXŞAR XƏBƏRLƏR