İsraildə səfirliyimizin açılması tezləşdirilməlidir
22:32 / 05.09.2020
4872
Ərəb ölkələri bir-birinin ardınca İsraillə diplomatik münasibətlər qurmağa davam edir. Birləşmiş Ərəb Əmirliyinin ardınca Bəhreyn də belə sazişə hazırlaşır. Sentyabrda anlaşma gözlənilir. Bu prosesin davamı olaraq başqa ərəb ölkələrinin də İsraillə barışıq ehtimalı yüksəkdir. Çünki həm Bəhreyn, həm Misir BƏƏ - İsrail sazişini alqışlayıblar.
Göründüyü kimi, tarixən bir-birinə qənim kəsilən, düşmən olan ərəb-yəhudi barışığı belə reallaşmaqdadır - baxmayaraq ki, bəzi ərəb dövlətləri, məsələn, Səudiyyə Ərəbistanı bunu təqdir etmir. Amma faktiki İsrail ABŞ-ın arzusu ilə ərəblərlə diplomatik əlaqələr qurur. Bizsə hələ də İsraildə səfirliyimizi aça bilməmişik.
Azərbaycanın İsraildə səfirliyinin olmamasını daha çox İran amili ilə əlaqələndirirlər. Hərgah İranla isti münasibətlərə malik olan Ermənistanın artıq İsraildə səfirliyi açılıb. Bəs biz nəyi gözləyirik, niyə gecikirik? Tel-Əvivdə səfirliyimiz olsa, Tehran hansı reaksiyanı verə bilər?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, rəsmi Bakının Tel-Əvivlə hər hansı saziş imzalamasına ehtiyac yoxdur, iki ölkə arasında diplomatik münasibətlər çoxdan qurulub. "Azərbaycan İsraillə çoxtərəfli əməkdaşlıq içindədir. Bu gün ərəb ölkələri Azərbaycanın keçdiyi yola gəlir. Lakin bizi narahat edən bir məsələ İsraildə Azərbaycan səfirliyinin olmamasıdır. İsrailin 1992-ci ildən Azərbaycanda səfirliyi olsa da, bizim hələ də orada diplomatik nümayəndəliyimiz açılmayıb. Mən parlamentdə dəfələrlə bu məsələni qaldırmışam. Hesab edirəm ki, iki dövlət arasında çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək, Azərbaycanın Qarabağ problemini İsraildə yaxşı tanıtmaq üçün səfirliyin açılmasına böyük ehtiyac var”.
Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim rejiminin tərəfdarı olmasının sübutudur
Asim Mollazadə: "Bu məsələ həllini tapmalıdır, İsraildə erməni icması fəaldır və Ermənistan bundan istifadə etmək istəyir”
A.Mollazadənin fikrincə, səfirliyin açılmasının bu qədər yubanmasını İran amili ilə izah edirlər: "Bir müddət əvvəl Xarici İşlər Nazirliyi maliyyə problemi ilə izah edirdi. Amma bu məsələ həllini tapmalıdır. İsraildə erməni icması fəaldır, radikaldır və Ermənistan bundan daha yaxşı istifadə etmək istəyir. Odur ki, Azərbaycanın İsraildə səfirliyinin olması vacibdir, bu hadisə Tel-Əvivlə münasibətlərin inkişafına xidmət edəcək”.
Deputat bütövlükdə İsraillə ərəb ölkələrinin diplomatik münasibətlərini qurmasını müsbət hadisə sayır: "Ümidvaram ki, digər ərəb ölkələri də İsraillə əlaqələr quracaq. Bu, Orta Şərqdə sülhün bərqərar olmasına xidmət edəcək. ABŞ prezidenti Donald Trampın bu məsələdə xüsusi təşəbbüsünü müsbət qiymətləndirirəm”.....
Sfera.az