İsrail-Türkiyə münasibətləri düşmənçilikdən əməkdaşlığa doğru - Bakının vasitəçilik missiyası

İsrail-Türkiyə münasibətləri düşmənçilikdən əməkdaşlığa doğru - Bakının vasitəçilik missiyası
"Bakının vasitəçiliyilə Azərbaycan-Türkiyə -İsrail birgə müəssisələri yaradıla bilər. İqtisadi, siyasi və sosial sferalarda Türkiyə və İsrail arasında birgə layihələrin həyata keçirilməsində Azərbaycan da maraqlıdır. Ona görə də problemin tez bir zamanda həllini tapması Bakının istəyinə uyğundur”.

Bunu Sfera.az-a açıqlamasında İsraillə Türkiyə arasında korlanan münasibətlərin normallaşmasında Azərbaycanın rolunu dəyərləndirərkən Milli Məclisin deputatı Razi Nurullayev deyib:

"Türkiyə ilə İsrail arasında bütün sahələrdə, xüsusən də hökumətlərarası münasibətlərin yaxşılaşdırılması  Azərbaycanın gündəmində olan məsələdir. Əslində Azərbaycan Təl-Əvivlə Ankaranın münasibətlərinin yaxşılaşması üçün çox işlər görüb və nəticə də əldə edib. Bu gün Türkiyə ilə İsrail arasında əvvəlki gərgin münasibət yoxdur. Bu da məhz Bakının xidmətinin nəticəsidir.
 
Bakı ayrı-ayrılıqda Türkiyə və İsraillə söhbətlər aparıb və müxtəlif səviyyəli təmaslarında vasitəçi olub.  Məhz bu əməkdaşlıq sayəsində Bakı iki ölkə arasında buzların sınmasına nail olub. Yaxın dövrdə Bakının vasitəçiliyilə Təl-Əvivlə Ankara arasında münasibətlər tam olaraq normallaşacaq.  Adıçəkilən ölkələrin liderləri səviyyəsində baş rəsmi görüşün baş tutacağına inanıram.Ümid edirəm ki, tezliklə bu da baş verəcək””. 
 
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...