İsrail də turistlərə qapısını açır - Bu şərtlə...

İsrail də turistlərə qapısını açır - Bu şərtlə...
Peyvəndləmə ilə koronavirus pandemiyasını nəzarət altına alan İsrail mayın 23-dən etibarən ölkənin qapılarını yenidən turistlərə açacağını açıqlayıb. 

Sfera.az xəbər verir ki, İsrailin Səhiyyə və Turizm nazirlikləri ölkəyə gəlmək istəyən turistlərin COVID-19 əleyhinə peyvənd olunmasının mühüm şərt olduğunu bildirib. 

Bundan əlavə, ölkəyə gəlmək istəyənlər təyyarəyə minməzdən əvvəl nəticəsi neqativ olan PCR testini göstərməlidirlər.

İsrail Turizm Nazirliyinin açıqlamasına görə, mayın 23-də ilk növbədə yalnız ekskursiya qrupları ilə səfər edən turistlər qəbul ediləcək. Növbəti mərhələdə isə pandemiya vəziyyətinə uyğun olaraq təklikdə səfər edən səyahətçilərin ölkəyə girişinə də icazə veriləcək.

Qeyd edək ki, 2020-ci ilin martından etibarən İsrail qapılarını turistlərin üzünə bağlayıb. 2019-cu ildə İsrailə təxminən 4 milyon əcnəbi səfər edib. 2020-ci ildə bu rəqəm 80% azalma ilə 850 minə düşüb.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR