İspaniyanın hərbi təyyarəsi dənizə düşüb - VİDEO
17:30 / 26.08.2019
1816
İspaniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, "C-101” tipli hava nəqliyyatı bu gün səhər saatlarında Mursiya əyaləti yaxınlığında Aralıq dənizinə düşüb. Qəzanın baş verdiyi anın göüntüsü sosial şəbəkələrdə yayımlanıb. Məlumata görə, qəza zamanı pilot təyyarədən çıxsa da, həlak olub.
Hadisəni təsdiqləyən İspaniya Müdafiə Nazirliyi qəzanın səbəblərinin araşdırıldığını deyib.