İspaniyadakı yeni səfirimiz kimdir? - DOSYE

İspaniyadakı yeni səfirimiz kimdir? - DOSYE
Bu gün Ramiz Ayvaz oğlu Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Sfera.az xəbər verir ki, R.Həsənov 1961-ci il avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.

1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb. 1997-2004-ci illərdə Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005- ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018 - ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib.

2018-ci ilin may ayından bu günə kimi xarici işlər nazirinin müavini olub. İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var. // Azvision.az

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...