İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub

İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub
İspaniyanın böyük oxuyucu kütləsinə malik "EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.

Sfera.az xəbər verir ki, müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 10 dinc sakin həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədi, habelə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "SCUD” raket kompleksləri yerləşdirib. Ermənistan tərəfi bu raketlərlə dəfələrlə dinc əhali və mülki obyektləri atəşə tutub.

"EL MUNDO” nəşrinin jurnalisti Xavyer Espinozanın guya muzdluların Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar şayiələrlə bağlı sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatıdır. Bu gün yüksək döyüş qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan erməniləri adı altında Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlular kimi istifadə edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq üçün hər vasitəyə əl atdığını diqqətə çatdıran Hikmət Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...