İspaniya mətbuatında Qarabağ haqqında məqalə dərc olundu

İspaniya mətbuatında Qarabağ haqqında məqalə dərc olundu
"Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Qarabağ tarixi Azərbaycan torpağıdır".

Bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Avropanın və xüsusilə də İspaniyanın tanınmış "Horrapress.eu" xəbər saytına bildirib.

Mahir Qurbanov onu da vurğalıyıb ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı son silahlı toqquşmalarda Azərbaycan öz əzəli torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib:

"Bütün təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və mövqeyimizi qoruyur. İkinci Qarabağ müharibəsinin bu döyüşləri göstərdi ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir".

Qeyd edək ki, Mahir Qurbanov indiyə kimi əksər ispandilli kütləvi informasiya vasitələrində Qarabağla bağlı çıxışlar edib.
 



OXŞAR XƏBƏRLƏR