İspaniya, Meksika, Braziliya, Kolumbiya, Honduras və Paraqvay mediası minaya düşən jurnalistlərdən yazdı

İspaniya, Meksika, Braziliya, Kolumbiya, Honduras və Paraqvay mediası minaya düşən jurnalistlərdən yazdı
Azərbaycan jurnalistlərinin Kəlbəcərdə erməni minasına düşməsi xarici mediada geniş işıqlandırılıb. 
                                                           
Sfera.az bildirir ki, Qafqaz-İberoamerika Düşüncə Mərkəzi xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərlə bağlı İspan dilli ölkələrin kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:
 
"Təəssüf hissi ilə bildiririk ki, 2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov peşə fəaliyyətlərini yerinə yetirərkən həlak olublar. Hadisə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda, Ermənistan işğalından yenicə azad edilmiş ərazidə mina partlayışı səbəbindən baş verib.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda, Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə, həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlindən əl çəkməsini, minalı ərazilər üzrə xəritələrin təqdim etməsini istəyirik".
 
Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, vaxtilə Ermənistan tərəfində basdırılan müxtəlif növ mina və digər partlayıcı qurğular indiyə qədər onlarla insanın ölümünə və yaralanmasına səbəb olub. Bundan əlavə, Məhərrəm İbrahimov və Siraç Abışovun ölümünə səbəb olan faciəli hadisə minalanmış ərazilərin jurnalist fəaliyyətini çətinləşdirdiyini, məhdudlaşdırdığını və təhlükəli bir peşə halına gətirdiyini açıq şəkildə nümayiş etdirir. Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır".

Müraciətdə həmçinin qeyd olnur ki, Ermənistan ordusunun zabiti Koryun Qumaşyan Kəlbəcər və Laçın rayonlarında çox sayda, daha dəqiq desək, 17 maşın mina basdırdıqlarını açıqlayıb. Ermənistanın bu davranışı bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün əsas maneə olaraq qalır:

"Biz ispan dilli medianı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq.

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq, Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması xəbərinə dərindən kədərləndik. Onların doğmalarına dərin hüznlə başsağlığı veririk".

İspaniya



Kolumbiya



Meksika 







Paraqvay



Braziliya



Honduras



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...