“İsmayıllının inkişafı məqsədimizdir...” – İcra başçısı

“İsmayıllının inkişafı məqsədimizdir...” – İcra başçısı

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrindən istiqamət götürərək fəaliyyətimizi davam etdiririk. Əsas tapşırıqlardan biri də rayonun sosial-iqtisadi inkişafı və işsizliyin aradan qaldırılmasıdır. Bu məqsədlə başladığımız yolun davamı olaraq rayonun İvanovka kəndində şirniyyat fabrikinin təməlini qoyduq”.


Sfera.az xəbər verir ki, bu haqda İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov məlumat verib.


O bildirib ki, multikulturallığa, tolerantlığa və gender bərabərliyinə nümunə olan kənddə ağsaqqalların xeyir-duası ilə başlayan tikinti yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir:


"Düşünürəm ki bu bu fabrik rayonda işsizliyin aradan qaldırılmasına və regionun iqtisadiyyatının inkişafına böyük töhfə verəcək. Bundan əlavə, kənddə quşçuluq fabrikinin də tikintisi nəzərdə tutulub. Rayonda belə layihələr, işlər davam edəcək.


 

Bütün fəaliyyətimizdə əsas məqsədimiz rayonun inkişafını sürətləndirmək, insanların yaşayış şəraitini yaxşılaşdırmaqdır. Bu yolda Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırıq və tövsiyyələrini əlimizdə rəhbər tutaraq davam edəcəyik”.







OXŞAR XƏBƏRLƏR